• cümə axşamı, 25 aprel, 04:46
  • Baku Bakı 19°C

ABŞ-dakı aktiv qazma qurğularının sayı 946-ya enib

27.07.19 12:51 8835
ABŞ-dakı aktiv qazma qurğularının sayı 946-ya enib
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 8 ədəd azalaraq 946 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 102 ədəd azalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd azalaraq 776 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 82 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 5 ədəd geriləyərək 169 olub. Keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər