AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ-dakı aktiv qazma qurğularının sayı 790-dır

ABŞ-dakı aktiv qazma qurğularının sayı 790-dır

İqtisadiyyat
15 Fevral 2020, 18:45 1488
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı dəyişməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı dəyişməyərək 790 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 261 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd artaraq 678 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 179 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd geriləyərək 110 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 84 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.