• cümə axşamı, 18 aprel, 18:40
  • Baku Bakı 21°C

ABŞ-dakı aktiv qazma qurğularının sayı 1079-a düşüb

22.11.18 15:00 484
ABŞ-dakı aktiv qazma qurğularının sayı 1079-a düşüb
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 3 ədəd azalaraq 1079 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 156 ədəd çoxdur.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd azalaraq 885 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 138 ədəd artıb.
Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 194 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 18 ədəd çoxalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər