• şənbə, 20 Aprel, 16:44
  • Baku Bakı 23°C

ABŞ-dakı aktiv qazma qurğularının sayı 1063-ə çatıb

13.10.18 14:00 480
ABŞ-dakı aktiv qazma qurğularının sayı 1063-ə çatıb
ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 11 ədəd artaraq 1063 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 135 ədəd çoxalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 8 ədəd artaraq 869 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 126 ədəd artıb.
Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 4 ədəd çoxalaraq 193 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 8 ədəd çoxalıb. Qarışıq fəaliyyət göstərən quyuların sayı isə 1 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər