• cümə, 19 Aprel, 03:31
  • Baku Bakı 18°C

ABŞ-dakı aktiv neft qazma qurğularının sayı artıb

09.02.19 16:00 710
ABŞ-dakı aktiv neft qazma qurğularının sayı artıb
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı çoxalıb.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd artaraq 1049 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 74 ədəd çoxdur.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 7 ədəd çoxalaraq 854 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 63 ədəd artıqdır.
Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 3 ədəd azalaraq 195 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 11 ədəd çoxalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər