• şənbə, 20 Aprel, 11:12
  • Baku Bakı 14°C

ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib - Video

22.02.19 09:22 416
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib - Video
ABŞ-ın hərbi sənaye korporasiyası "Lockheed Martin" yalnız Hindistan Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş "F21" qırıcı təyyarəsini təqdim edib.
Trend-in məlumatına görə, yeni təyyarənin videosu korporasiyanın "Youtube"-kanalında yerləşdirilib.
Şirkətin press-relizində bildirilir ki, təyyarə Hindistanda "Tata" korporasiyası ilə birgə yığılacaq və istehsal ediləcək, lakin təyyarənin detallaranın bir hissəsi ABŞ-dan gətiriləcək.
Qeyd edək ki, "Lockheed Martin" ABŞ Silahlı Qüvvələri üçün hərbi texnika istehsal edən əsas korporasiyadır. "Lockheed Martin Aeronautics" şirkətinin bölmələri ABŞ Hərbi Hava Qüvvələri üçün "C-130 Hercules", "F-16 Fighting Falcon" , "F-22A Raptor", "F-35 Lightning II", "P-3 Orion" təyyarələri və digər texnika istehsal edir.
banner

Oxşar Xəbərlər