• şənbə, 20 Aprel, 13:29
  • Baku Bakı 23°C

ABŞ-da Xocalı aksiyası keçirilib Fotolar

26.02.14 13:26 1192
ABŞ-da Xocalı aksiyası keçirilib Fotolar
ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı hər il olduğu kimi, bu il də Xocalı soyqırımının tanıtım aksiyasını keçirib. Bu barədə Alyansın təsisçisi və rəhbəri Anar Məmmədov öz “Facebook” səhifəsində məlumat verib. Qeyd edib ki, bir neçə gün ərzində ABŞ-ın Nyu-York şəhərinin hər gün 100 mindən çox insanın baş çəkdiyi məşhur Tayms Meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü nümayiş olunub:
“Ötən ildən fərqli olaraq, bu il Tayms Meydanında bir deyil, iki böyük monitor hər iki 2 dəqiqədən bir 30 saniyə davam edən görüntünü sərgiləyib. Ümumilikdə, 6 saat ərzində iki mərkəzi monitor insanları 22 il öncə Azərbaycanda, Xocalıda baş verən dəhşətlərdən xəbərdar edib. Bundan başqa, Nyu-York metro stansiyalarına Xocalı soyqırımından bəhs edən posterlər yerləşdirilib. Stansiyalarının sayına görə dünyanın ən iri metropoliteni olan Nyu York metrosunun 34 stansiyasında bərkidilən posterlər bu nəqliyyat vasitəsindən istifadə edən insanları da Xocalı qətliamından xəbərdar edib. Kampaniyanın daha bir istiqaməti mobil proyeksiya vasitəsilə Nyu-Yorkun mərkəzi küçələrində yerləşən binalar üzərində əks olunan qrafik görüntüdən ibarət idi. Аxşam və gecə saatlarında insanların sıx toplaşdığı yerlərdən keçən, üzərinə xüsusi qurğu bərkidilmiş nəqliyyat vasitəsi Xocalı faciəsinin həqiqətlərini daş tikililər üzərində işıqlandıraraq bir daha diqqəti Azərbaycan tarixinin ən dəhşətli səhifəsinə yönəldilib. Daha sonra, fevralın 17-i Nyu-Yorkdan başlanan multimedia kampaniyası hal-hazırda Vaşinqtonda gerçəkləşdirilməyə başlanılıb. Multimedia kampaniyası ənənəvi olaraq metro stansiyalarında posterlərin yerləşdirilməsindən başlayıb. Vaşinqton metrosunun 25 stansiyasından istifadə edən sərnişinlər Xocalı haqda məhz bu posterlər vasitəsilə məlumat əldə ediblər. Axşam saatlarında isə mobil proyeksiya maşını bəşər faciəsinin statistikasını Vaşinqtonun binaları üzərində işıqlandırıb”.
A.Məmmədov bildirib ki, mart ayının ortalarına qədər davam edəcək Azərbaycan Amerika Alyansının multimedia kampaniyası Xocalı faciəsinin ədalətli olaraq Soyqırımı kimi tanınmasına və qəbul edilməsinə xidmət edəcək: “Alyans yarandığı ildən etibarən hər il ABŞ-da Xocalı soyqırımı tanıtım kampaniyası keçirir. Hər dəfə də biz bu faciənin insanlara daha geniş, daha operativ, daha məzmunlu şəkildə tanıdılmasına çalışırıq, bunun üçün müxtəlif üsullar fikirləşirik. Sözsüz ki, ABŞ kimi nəhəng, rəngarəng, həm siyasi, həm coğrafi baxımdan mühüm ölkədə belə bir aksiyanın keçirilməsi həqiqətin olduğu kimi tanıdılması üçün son dərəcə əhəmiyyətli və effektivdir. Sorğular, baxış sayları və statistika onu göstərir ki, Alyansın həyata keçirdiyi kampaniya amerikalıların diqqətini cəlb edə bilib. Ən azı onlar 22 il bundan öncə Azərbaycana, Xocalının dinc sakinlərinə qarşı edilmiş amansızlıqlardan və baş vermiş bəşəri cinayətdən xəbər tuta bilirlər. Hesab edirəm ki, həyata keçirdiyimiz kampaniya Xocalı soyqırımının dünya miqyasında tanınmasına və qətliamın əsl miqyasının ölçülərək ədalətli qərar verilməsinə kömək edəcək. Bu məqsədlə biz bu il həm də müxtəlif xalqların nümayədələrinin iştirakı bir çarx da çəkdik. Onların bir neçə dildə Xocalı soyqırımına, bu faciəyə olan münasibətini lentə aldıq. Zənnimcə, bütün dünya azərbaycanlılarının paylaşmalı, geniş yaymalı olduğu bir çarxdır. Tarixi həqiqətləri olduğu kimi çatdırmaq üçün hər birimiz çalışmalıyıq”.Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər