• cümə, 29 Mart, 04:31
  • Baku Bakı 7°C

ABŞ-da terror: silahlı şəxs 5 nəfəri öldürdü, sonra özü intihar etdi

30.10.13 07:56 1183
ABŞ-da terror: silahlı şəxs 5 nəfəri öldürdü, sonra özü intihar etdi
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli Index-Journal xəbər portalı polisə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı Brayan Suett qətlləri Qrinvud şəhəri yaxınlığındakı evlərin birində törədib. GWD Today portalının məlumatına görə, insan girov götürülübmüş. Hadisə yerinə polis və cinayətkarla danışıqların aparılması üçün mütəxəssis cəlb olunub. Lakin cinayətkar təmasa çıxmayıb və polisin SWAT xüsusi təyinatlı dəstəsi binaya daxil olub. Hadisə yerində 6 cəsəd aşkarlanıb. Ölənlər arasında 2 uşağın olduğu bildirilir.
İnsidentin digər təfərrüatları açıqlanmır.
banner

Oxşar Xəbərlər