• şənbə, 20 Aprel, 19:14
  • Baku Bakı 24°C

ABŞ-da tələbə atasının tapançası ilə valideynlərini qətlə yetirib

04.03.18 10:15 635
ABŞ-da tələbə atasının tapançası ilə valideynlərini qətlə yetirib
ABŞ-ın Mərkəzi Miçiqan Universitetinin yataqxanasında baş vermiş silahlı hücum nəticəsində iki nəfər qətlə yetirilib.
Təhqiqat nəticəsində qətlə yetirilən şəxslərin universitetin tələbəsi Ceyms Deyvisin valideynləri olduğu müəyyənləşib. C.Deyvis atasının silahı ilə hər iki valideynini güllələyib.
Maunt Plezant şəhəri polisinin açıqlamasına görə, oğul Deyvisin cinayətdə istifadə etdiyi tapança İllinoys ştatının polis idarəsində işləyən ata Ceyms Deyvisə məxsus olub. Qətli törətdikdən sonra qaçıb aradan çıxan cinayətkar bir neçə saat sonra polis əməkdaşları tərəfindən universitetin kampusundan şimalda yerləşən dəmir yolu üzərində uzanmış vəziyyətdə tapılıb.
Miçiqan Universiteti polisinin rəisi Bill Yeyqli bəyanatında bildirib ki, oğul Deyvis hipotermiya vəziyyətində aşkar edilib və heç nəyi aydın şəkildə izah edə bilməyib.
Fakt üzrə araşdırma davam edir.
banner

Oxşar Xəbərlər