• şənbə, 20 Aprel, 16:58
  • Baku Bakı 23°C

ABŞ-da şiddətli soyuqlar: evdən çıxmayın xəbərdarlığı

07.01.14 12:17 1167
ABŞ-da şiddətli soyuqlar: evdən çıxmayın xəbərdarlığı
APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, Minnesota, Ayova, Şimali Dakota, Viskonsin, Montana ştatlarında bu gün mənfi 40-50 dərəcə şaxta gözlənilir.
ABŞ-ın müvafiq qurumları vətəndaşları bu havada küçəyə çıxmamağa, elektrik enerjisinə qənaət etməyə çağırıb. Şaxtadan ABŞ-da artıq 17, Kanadada isə 10 nəfər vəfat edib, 40 mindən artıq ev elektrik enerjisiz qalıb, 4 mindən çox aviareys təxirə salınıb və ya ləğv edilib.
Qeyd edək ki, hazırda müşahidə olunan şaxtalar Şimali Amerikada son 40 il ərzində ən şiddətli soyuqlardır.
banner

Oxşar Xəbərlər