• şənbə, 20 Aprel, 01:49
  • Baku Bakı 15°C

ABŞ-da sərgidə atışma, ölən və yaralananlar var

17.06.18 16:30 358
ABŞ-da sərgidə atışma, ölən və yaralananlar var
Bu gün ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində sərgidə atışma olub, bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə "Trentonian" qəzeti polisə istinadən məlumat yayıb. Hadisə yerli vaxtla saat 3.00 radələrində 24 saat fəaliyyət göstərən gündəlik sərgidə baş verib.
Polis atışma nəticəsində 1 nəfərin öldüyünü təsdiqləyib, yaralıların sayının isə dəqiqləşdirildiyini bildirib. Polis leytenantı Darren Zappli deyib ki, 6, yaxud 7 yaralı ola bilər.
Atışmanın səbəbi məlum deyil. Sərgidə atəş açdığı ehtimal olunan bir neçə şübhəli var. Hadisə zamanı sərgidə olan polislər cavab atəşi açıblar.
banner

Oxşar Xəbərlər