• çərşənbə axşamı, 19 mart, 07:38
  • Baku Bakı 8°C

ABŞ-da senzura?!

15.01.18 16:00 1408
ABŞ-da senzura?!
Amerikalı jurnalist Maykl Volfun yanvarın ayının 9-da işıq üzü görməsi planlaşdırılan "Alov və qəzəb: Trampın Ağ Evindən” ("Fire and fury: İnside the Trump White House”) kitabına yayım vetosu verilib. Belə ki, kitab ABŞ prezidenti Donald Trampın qəzəbinə tuş gəlib. Prezidentin vəkili Çarlz Harderin vasitəçiliyi ilə bəzi hissələri "New-York Times” qəzetində yayımlanmış kitabın mətni ilə tanış olan Ağ Ev sözçüləri birmənalı şəkildə kitabın nəşrinə icazə verilməsinə əngəl olmağa cəhd edirlər. Belə ki, artıq yazarın və nəşriyyatın ünvanına rəsmi şəkildə dəfələrlə xəbərdarlıq və təhdid məzmunlu məktublar, zənglər gəlib. Kitabda prezident haqqında "saysız-hesabsız yalan və əsası olmayan iddiaların yer aldığı” bildirilir. Prezidentin hüquq bölməsinin əməkdaşları artıq 10 gündür ki, ciddi şəkildə bu işlə məşğul olur. Vəkilləri kitabın nəşrinin dayandırılmayacağı təqdirdə naşirə və müəllifə "şəxsiyyətə təhqir və qərəzli alçaltma” və "prezidentin ictimai və beynəlxalq nüfuzunun zədələnməsi” maddəsi ilə məhkəmə işi açılacağını elan edib.
Trampın özü və yaxın çevrəsindəkilərin müxtəlif dövrlərdə ayrı-ayrı mətbu orqanlara verdiyi müsahibələrin diqqətlə analiz edilməsi və nəticələr əsasında yazılmış kitabda prezidenti şəxsi obrazı, həyatı və iş keçmişi ilə bağlı əhəmiyyətli iddiaların yer aldığı bildirilir. Kitabın ən ciddi müsahibəsi isə uzun müddət prezidentin məsləhətçisi olmuş, sonra isə qəfildən işindən uzaqlaşdırılmış Stiv Banona aiddir. İddialara görə, prezident xüsusilə bu hissənin qətiyyən kitabda yer almaması və yayımlanmaması göstərişi verib.
banner

Oxşar Xəbərlər