• cümə, 29 Mart, 12:13
  • Baku Bakı 14°C

ABŞ-da Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edilib

01.12.16 10:17 667
ABŞ-da Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edilib
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sənədə əsasən ABŞ-da akkreditə olan Rusiya diplomatik nümayəndələrinin əməkdaşları təqvim rübü ərzində öz iş yerlərindən 40 km uzağa səfər etmək üçün əvvəlcədən ABŞ hökumətini xəbərdar etməlidirlər.
Qərarın lehinə 390, əleyhinə isə 30 konqresmen səs verib.
ABŞ Konqresinin Nümayəndələr Palatası 2017-ci maliyyə ilində ABŞ kəşfiyyat xidmətlərinin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edib. Yeni qaydalar "ABŞ-da akkreditə olan Rusiya diplomat və konsullarının səfərlərinin məhdudlaşdırılması” adlı bölmədə yer alıb.
banner

Oxşar Xəbərlər