• cümə axşamı, 18 aprel, 19:51
  • Baku Bakı 21°C

ABŞ-da rasizm: AĞın QARA üzərində hökmranlığı

23.06.15 15:51 1431
ABŞ-da rasizm: AĞın QARA üzərində hökmranlığı
Təxminən 1960-cı illərin ortalarından etibarən ABŞ anqlo-saksonları immiqrantlarla bir yerə qatan bir növ “əridici qazan” (“melting pot”) rolunu oynayırdı. Bu “qazanda” anqlo-saksonlar üstün mövqeyə malik idilər. Lakin bir müddət keçdikdən sonra vəziyyət tamamilə dəyişdi. “Əridici qazan” proqramı multikulturalizm ideologiyası ilə əvəz olundu. Bunun əsas səbəbi 1964-cü ildə qəbul edilən “Vətəndaş Hüquqlarına dair Qanun” və bir il sonra 1965-ci ildə qəbul edilən “İmmiqrasiya haqqında Qanun” olmuşdu. Lakin bu qanunların qəbulu demokratiyanın beşiyinə lay-lay çalan Amerika üçün məcburiyyət deyildi. Real həyatda multikulturalizm ənənələrinin iflası təkcə milli məsələlərdə deyil, həm də irqi məsələlərdə özünü açıq-aydın göstərirdi.
ABŞ-da irqçilik həyatın bir çox aspektlərini əhatə edən məsələdir. Lakin Amerikada hər kəs bu faktı tam qiymətləndirə bilmir və yaxud da bilmək istəmir. Əgər ABŞ-da rasizmin hələ də olub-olmadığına şübhə edirsənsə, siyasi fəallığı stimullaşdıran “Brave New Films” kompaniyasının hazırladığı 3 dəqiqəlik videonu izləyə bilərsiz. Bu video Yale Universiteti, Amerika Vətəndaş Azadlıqları (AVAB) birliyinin apardığı araşdırmarmalardan istifadə edərək ABŞ-da rasizmin real olduğunu səbəblərlə izah edir.
1. İş üçün müraciətlərə baxanlar, yəni rəyçilər tərəfindən ağdərililərə nisbətən 50% az qaradərili işə dəvət edilir. 2002-ci ildə Çikaqo Universitetində belə bir tədqiqat aparılıb. Belə ki, rəyçilərin mail hesablarına iş üçün minlərlə müraciət göndərilib. Məlum olub ki, ağdərililərə uyğun adlara, məsələn Emili və Brendan kimi şəxslərə daha çox cavab verilib, nəinki Lakişa və ya Camal kimi qaradərililərə...
2. Qara dərili insanlar avtomobil alarkən 700 dollar əlavə ödəyir. İan Ayres və Peter Siegelman tərəfindən aparılan tədqiqat nəticəsində bəlli olub ki, dilerlər ağdərili kişi və qadınlara qaradərililərə nisbətən aşağı məzənnədə qiymət təyin edirlər.
3. Qara dərili sürücülər iki dəfə çox saxlanılır. 1999-cu ildə AVAB tərəfindən aparılan tədqiqatlar və Federal Təhqiqat Bürosunun (FTB) analizləri də daxil olmaqla çoxlu sayda araşdırmalar göstərir ki, polis tərəfindən saxlanılma və həbslərdə irqi çatışmazlıq əhəmiyyətli dərəcədədir.
4. Qara müştərilərə satış üçün 17.7 faizdən daha az ev göstərilir. Mənzil və Şəhərsalma üzrə Federal Departament tərəfindən mənzil ayrı-seçkiliyin öyrənilməsi ilə bağlı 2012-ci ildə aparılan araşdırmaya görə, ev almaq üçün əlaqələndirici şəxslərlə danışıqlar aparan qaradərili insanlar üçün uyğun evlər ağdərilərlə müqayisədə 17 % azdır. Asiyalı ev alıcıları üçün isə bu rəqəm 15.5% -dən azdır.
5. Marixuanadan istifadə etdikləri üçün qaradərililər daha çox tutulur. 2013-cü ildə AVAB-ın apardığı araşdırma göstərir ki, marixuananın istifadə dərəcəsi qara və ağdərililər arasında eyni olsa da, buna görə qaradərililər 3.7 dəfə çox həbs edilir.
6. 2007-ci ildə Mark Mauer və Ryan King tərəfindən məhkumluqla bağlı aparılan araşdırmaya görə, gənc qaradərililərin həbs edilməsi göstəriciləri “möhtəşəm”dir. Əgər bu ənənə davam etsə, bu gün doğulan üç qaradərilidən biri bütün ömrünü həbsxanada keçirə bilər”.
7. Vacib ürək prosedurları barədə həkimlər qara dərililəri ağdərililər qədər tez-tez məlumatlandırmır.
8. Ağ dərili qanunvericilər qaradərili seçicilərə tez-tez cavab vermir.
2011-ci ildə aparılan tədqiqatın nəticəsindən bəlli olub ki, qanunvericilərin səs vermək üçün müraciət edən qaradərililər və ağdərililərə yardım etməsində də irqi ayrı-seçkilik özünü göstərir.
Buyurun, ləbbeyk deyin, DEMOKRATİYAnın BEŞİYİnə....
AZADİNFORM Analitik Qrupu

banner

Oxşar Xəbərlər