• çərşənbə axşamı, 23 aprel, 21:16
  • Baku Bakı 20°C

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 18-ə çatıb

23.01.17 09:15 676
ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 18-ə çatıb
ABŞ-ın cənub-şərqində tüğyan edən qasırğa nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.
Corciya ştatının fövqəladə hallar üzrə agentliyinin nümayəndəsi Ketrin Houdenin sözlərinə görə ,bu gün daha 3 nəfər təbii fəlakətin qurbanı olub.
Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar ABŞ prezidenti Donald Tramp Corciya, Florida və Alabama ştatlarına yardım göstəriləcəyinə söz verib.
banner

Oxşar Xəbərlər