ABŞ-da nəhəng neft-qaz yatağı aşkarlanıb
ABŞ-da nəhəng neft-qaz yatağı aşkar edilib.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, Texas və Nyu-Meksiko ştatları arasındakı ərazidə kəşfiyyat və seysmik tədqiqatlar aparılıb.
ABŞ rəsmilərinin məlumatına görə, "Delaware Basin” adlandırılan ərazidə 46 milyard barrel xam neft, 281 trilyon kubmetr qaz və 20 milyard barrel maye qaz aşkar olunub.