• cümə axşamı, 28 mart, 23:11
  • Baku Bakı 13°C

ABŞ-da neft quyularının çoxalması fonunda neft ucuzlaşır

20.03.17 12:47 1091
ABŞ-da neft quyularının çoxalması fonunda neft ucuzlaşır
ABŞ-ın Baker Hughes şirkətinin ABŞ-da neft buruqlarının sayının artmasını açıqlamasından sonra dünyada neftin qiyməti ucuzlaşır.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, "Brent” markalı neftin qiyməti 0,60% azalıb və bir barel neftin qiyməti 51,45 dollara, WTI markalı neftin qiyməti isə 0,75% azalaraq 48,94 dollara düşüb.
"Baker Hughes” şirkətinin məlumatına əsasən martın 17-nə ABŞ-da neft buruqlarının sayı 21 ədəd, yaxud 2,27% artaraq 631 ədədə çatıb. Qaz buruqları isə 6 ədəd, yaxud 3,97% artaraq 157 ədədə çatıb.
ABŞ-da "qaya nefti”nin istehsalının belə sürətli artması gözlənilməz sayılır.
banner

Oxşar Xəbərlər