• cümə axşamı, 25 aprel, 09:31
  • Baku Bakı 14°C

ABŞ-da neft ehtiyatlarının və hasilatın azalma səbəbləri açıqlanıb

25.07.19 15:45 13525
ABŞ-da neft ehtiyatlarının və hasilatın azalma səbəbləri açıqlanıb
Birləşmiş Ştatlarda xam neft ehtiyatlarının və istehsalın azalma səbəbləri açıqlanıb.
AZƏRTACABŞ-ın Enerji İnformasiya Administrasiyasına (EIA) istinadla xəbər verir ki, ölkədəki neft ehtiyatlarında ötən ilin əvvəlindən bəri ən böyük azalma qeydə alınıb. Belə ki, ehtiyatlar ardıcıl 6-cı həftədə azalıb.
Birləşmiş Ştatların xam neft hasilatında isə 2017-ci ilin oktyabrından indiyədək ən kəskin azalma müşahidə olunub. Buna səbəb kimi, ötən həftələrdə Meksika Körfəzində müşahidə edilən "Barry” tropik qasırğası göstərilir.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları 10,8 milyon barrel azalaraq 445 milyon barrelə düşüb. Ölkədə neft istehsalı isə 700 min barrel geriləyərək sutkada 11,3 milyon barrel olub.
banner

Oxşar Xəbərlər