• cümə axşamı, 28 mart, 19:47
  • Baku Bakı 13°C

ABŞ-da minlərlə uçuş təxirə salındı

07.01.14 07:47 1140
ABŞ-da minlərlə uçuş təxirə salındı
APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, qeyri-sabit hava ilə əlaqədar artıq minlərlə təyyarə reysi təxirə salınıb.
ABŞ-ın Milli Meteorologiya Xidməti ölkənin Mərkəzi və Şərq ərazilərində mənfi temperatur rekordunun qeydə alınacağını proqnozlaşdırır.
Xüsusən, Orta Qərb və Ohayo ştatında gündəlik maksimal temperaturun 18 dərəcə şaxta, ayrı-ayrı dağlıq ərazilərdə 30-45 şaxta olacağı gözlənilir.
Ötən gün ABŞ-da 3 000-ə yaxın, son dörd gün ərzində isə 9 000 uçuş təxirə salınıb.
Qeyri-sabit havanın ən azı yanvarın 8-nə qədər davam edəcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər