• cümə, 29 Mart, 13:47
  • Baku Bakı 14°C

ABŞ-da etirazlar davam edir, polis idarəsi yandırıldı

29.05.20 17:10 828
ABŞ-da etirazlar davam edir, polis idarəsi yandırıldı
ABŞ-da Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsindən sonra Minneapolis ştatında başlayan etirazlar davam edir.
Etirazların üçüncü günündə aksiyaçılar polis idarəsinə daxil olaraq, orada yanğın törədiblər. Polis isə aksiya iştirakçılarını gözyaşardıcı qaz və rezin güllələrlə ərazidən uzaqlaşdıra bilib.
Minnepolis ştatında fırıldaqçılıqda şübhəli bilinən Corc Floyd adlı şəxs polis tərəfindən öldürülüb. Belə ki, polis dizi ilə onun boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra Corc Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis onun xəstəlikdən öldüyünü açıqlasa da, videodan görünür ki, şübhəli, asayiş keşikçisinin tətbiq etdiyi zorakılıq nəticəsində həyatını itirib.
banner

Oxşar Xəbərlər