• cümə axşamı, 25 aprel, 14:02
  • Baku Bakı 23°C

ABŞ-da ermənilərdən ibarət cinayətkar dəstənin məhkəmə prosesi davam edir

20.08.13 10:58 1884
ABŞ-da ermənilərdən ibarət cinayətkar dəstənin məhkəmə prosesi davam edir
Birləşmiş Ştatlarda gurultulu məhkəmə prosesi davam edir. Ermənilərin müttəhim qismində cəlb olunduqları məhkəmə prosesi Birləşmiş Ştatlarda ən qalmaqallı məhkəmə prosesi kimi gündəmi tutub. Məlumata görə, ABŞ məhkəməsinin hökmü ilə adı gurultulu “erməni işi” üzrə hallanan Yerevan sakini Robert Tercanyan barəsində 10 il həbs qərarı çəkməklə yanaşı, həmçinin 1 169 680 dollar dəyərində itkiləri də ödəməli olacaq.
2011-ci ilin sonunda sığortalar, kredit kartları ilə bağlı fırıldaqçılıq və viza dələduzluğu kimi bir neçə cinayət törətdiyini etiraf edən Yerevan sakini həbsi çəkdikdən sonra Ermənistana deportasiya olunacaq. Prokurorluq bildirir ki, 2008-2010-cu illər arasında Tercanyanın iştirakı ilə həyata keçirilən nəhəng dələduzluq sxemilə mövcud olmayan klinika, həkim və pasientlərin saxta ödənişləri əsasında yaşlıların dövlət “Medicare” tibbi sığorta şirkətinə 100 milyon dollarlıq hesab təqdim olunub. Fırıldaqçılar bu hesabdan üçdə birini ələ keçiriblər. İttihamnaməyə əsasən yüz minlərlə erməni mənşəli sakinin yaşadığı Kaliforniya ştatında qrupa David Mirzoyan, Nyu-Yorkda isə Robert Tercanyan başçılıq edib. Tercanyanı müdafiə edən vəkil müştərisinin aparıcı rol oynadığı ilə razılaşmayaraq hakimdən prokurorların tələb etdiyi 100-dən 125 ayadək həbs cəzasının 63 aya endirilməsini istəyib. Skott Talman hakimə məktubda müştərisinin “Medicare” işində rolunun fırıldaqçıların istifadə etdiyi bir sıra bank hesabının açılması ilə məhdudlaşdırıldığını deyib.
Qeyd edək ki, “erməni işi” adlandırılan məhkəmə işi üç il bundan əvvəl start götürüb və proses çərçivəsində 28 nəfər ədalət məhkəməsi qarşısında durmalı olub. Manhetten federal məhkəməsinin barəsində qərar çıxardığı Tercanyanı yerli qəzetlər “erməni qulduru” adlandırır. Doğrudan da onun kriminal tarixi hamını özünün çoxsaylı epizodları və cinayətlərin rəngarəngliyi ilə adamı təəccübləndirir. 1992-ci ildə Birləşmiş Ştatlara turist vizası ilə gələn Robert vaxtı başa çatdıqda qeyri-leqal şəkildə burada qalır. Bir müddət tikintidə çalışır, lakin qolunu sındırır. Nyu-cersidə yanacaqdoldurma məntəqələrindən birində çalışır. Bu müddət ərzində isə sovet miqrantlarından ibarət qrupa qoşulur. 21 yaşında heroin və kokainə mübtəla olur. Lakin bu aludəçilik üçün də çoxlu pul gərək olur. Xırda oğurluqla məşğul olan Tercanyan üç dəfə həbs edilir. Bu “dərslər” onun xeyrinə olur və narkotiklərə aludəçiliyə son qoyur. 1997-ci ildə erməni məhsullarını satan firma açır. Hər şey öz axarında gedirdi, lakin 2001-ci ildə Manhettenin gecə klublarından birində davaya düşür. Üç dostu ilə bura gələn Robert orada Artur Şaxumyan adlı soydaşı ilə dalaşır. Həmin şəxs klubda tapançasını çıxararaq onlara atəş açır. Robertin dostlarından biri yerində ölür. Yerdə qalan iki nəfər isə ağır yaralanır. Tercanyan isə Şaxumyanı öldürür, yaralı dostlarını isə xəstəxanana çatdırmaqla onların həyatını xilas etmiş olur. Onu həbs edirlər, lakin məhkəmə yalnız qanunsuz silah gəzdirmək maddəsi irəli sürü. 2003-cü ildə o azad olunur. Ailəsi onu kriminal işlərdən çəkindirməyə müvəffəq olur və nəticədə Tercanyan yenidən erməni istehsallı məhsullar satmağa başlayır. Lakin varlanmaq ehtirasmı bir an belə ona rahatlıq vermir və şübhəli investisiyalara razılıq verir. Ticarət firmasındakı payını sataraq tibbi avadanlıqları satan kompaniyaya 50 min dollar qoyur. Bu işləri isə Pavel Çuxray adlı rusun məsləhəti ilə edir. Lakin bu layihə uğursuz olur. Pulsuz və biznessiz qalan Tercanyan yenidən şübhəli işlərə baş vurur. Bu zaman tibbi sığortaçılarla bağlı işə qoşulur. Cinayətkarlar «Medicare» həyəcan təbili çalana kimi qeyd olunan vəsaitin üçdə birisini ələ keçirməyə müvəffəq olurlar. Maraqlıdır ki, vəkil Skot Talman bütün məhkəmə prosesi zamanı müdafiəsində durduğu şəxsin adi bir dələduz olduğunu və əfv oluna biləcəyini israrla xahiş edib. O bildirib ki, Tercanyan özü fırıldağın qurbanı olduqdan sonra maxinasiyalarla məşğul olmağa başlayıb. Özü də bu yola yaxşı həyat naminə deyil, ailəsini dolandırmaq üçün atıb. Lakin məhkəmə bunları rədd edib.
Məhkəmə onun ABŞ-da qanunsuz yaşadığını nəzərə alaraq, həbsxanadan azad edilən kimi Ermənistana ekstradisiya olunacağını da bəyan edib. Artıq onun atası Rafik də deportasiya olunub. Tercanyanın arvadı isə bir il həbsxanada yatdıqdan sonra Amerikada qalmağa icazə veriblər. Belə ki, onun bütün sənədləri qaydasında olub. Tercanyanın Arman Kazaryan adlı “qanuni oğru” ilə də iş qurubmuş.Sonuncu keçmiş SSRİ-dən olan “qanuni orğu” Vyaçeslav İvankovdan (Yaponçik) sonra ABŞ-da həbsxanada cəza çəkəcək ikinci şəxsdir. Bu ilin fevral ayında Kazaryan özünü mütəşəkkil cinayətkar dəstə təşkil etməkdə günahkar bilərək barəsində üç il məhkəmə qərarı çıxarılıb. Cəzasını isə Luiziana ştatında keçirir.
Yeri gəlmişkən, ermənilərlə bağlı daha bir cinayət işi gedir. Məlumata görə, ABŞ-da cinayətkar qrupun dörd erməni üzvü bank fırıldağı və şəxsi məlumatlar oğurluğunda ittiham olunur. Bu məlumatı ABŞ Federal Prokurorluğu yayıb. Associated Press agentliyi bunu Kaliforniya Ştatı tarixində bu kimi ən iri cinayətlərdən biri adlandırır. 33 yaşlı Arman Şaropetrosyan, 39 yaşlı Karen Markosyan, 28 yaşlı Artuş Marqaryan və 28 yaşlı Kristina Ohancanyan hər biri ağır cinayət üçün 30 ilədək azadlıqdan məhrum edilə bilərlər. Məsələn, bir sıra maddələr üzrə ittiham olunan Arman Şaropetrosyan ümumən 164 il müddətinə məhkum edilə bilər. Prokurorluğa əsasən, banda başçısı Arman Şaropetrosyan olub. Baş prokuror müavini Lenni Broyerə istinadən “Washington Post” xəbər verir ki, 6 il ərzində cinayətkar qrup 10 milyard dollardan çox pul mənimsəyib. Bandanın əsas üzvlərindən başqa, cinayət işi üzrə 20 adam ittiham olunur. Cinayət işi üzrə əldə edilmiş materiallara əsasən, həbsxanada olan Arman Şaroyan qeyri-qanuni yolla ona ötürülmüş mobil telefon vasitəsilə şəriki Aqnus Brovni ilə birlikdə bandanın iş sxemini əlaqələndirirmiş. Onlarla adamın şəxsi məlumatları, o cümlədən, sosial sığorta nömrələrini, anadan olma tarixi və başqa məlumatlarını oğurlayaraq, saxta imzalarla qəbz yazıb, onların bank hesablarından nağd pul çıxarıb. Nəticədə bir çox Kaliforniya, Nevada, Arizona və Texas ştatlarının sakinlərinə zərər vurulub.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər