• çərşənbə axşamı, 23 aprel, 15:19
  • Baku Bakı 24°C

ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib

22.05.18 11:45 692
ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
Xəbər verildiyi kimi, Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına ABŞ-dakı soydaşlarımız da qoşulublar.
Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabovanın təşkilatçılığı ilə ABŞ-da"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib.Tədbirlər Nyu-York şəhərində bir neçə yerdə təşkil edilib. Belə ki, mayın 20-də Nyu-York və ətraf ştatlarda yaşayan həmvətənlərimiz "Times Square”də bir araya gələrəkdünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını da göndəriblər. Soydaşlarımız əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər və bayraqlar tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Həmvətənlərimiz, eyni zamandaNyu-Yorkdayerli xalq arasında AXC haqqında məlumatlandırma aparıblar.
SonraNyu-York şəhərinin Manhattan bölgəsindən Bruklin bölgəsinəAXC-nin 100 illiyinə həsr olunanavtomobil yürüşü təşkil olunub.Yürüşdə iştitak edən avtomobillərdə Azərbaycana aid nömrə nişanları ("Azerbaijan”, "Baku”, "Baku10”, "Baku55”, "Baku26”, "Agdam" və s.) xüsusi yer alıb.
Daha sonra isə soydaşlarımız AXC-nin 100 illiyini bayram şənliyi ilə qeyd ediblər. Mərasimdə Azərbaycan musiqiləri səslənib, qonaqlara milli mətbəxmizə aid təamlar təqdim olunub.
Xatırladaq ki, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının təşkilatçıları Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniyaya 11 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna və Kipr) diaspor təşkilatları qoşulub. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.
banner

Oxşar Xəbərlər