• cümə axşamı, 28 mart, 19:07
  • Baku Bakı 13°C

ABŞ-da atışma olub, ölənlər var

21.09.18 11:15 548
ABŞ-da atışma olub, ölənlər var
Cümə axşamı ABŞ-ın Merilend ştatının Aberdin şəhəri ətrafında baş verən silahlı insident nəticəsində 4 nəfər ölüb, 3-ü isə yaralanıb.
AZƏRTACTASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Harford dairəsinin şerifi Cefri Qeler məlumat verib.
Onun sözlərinə görə, atışma nəticəsində yeddi nəfər, o cümlədən atəş açan şəxsin özü odlu silah yarası alıb. Onlardan üçünün sağ qalacağı gözlənilir. İki nəfər hadisə yerində, daha biri isə xəstəxanada ölüb.
Şerif bildirib ki, şübhəli qadın güllə yarasından ölüb.
banner

Oxşar Xəbərlər