• cümə axşamı, 25 aprel, 14:41
  • Baku Bakı 23°C

ABŞ-da atışma nəticəsində ölənlərin sayı 12-yə çatıb

01.06.19 11:30 746
ABŞ-da atışma nəticəsində ölənlərin sayı 12-yə çatıb
ABŞ-ın Virciniya-Biç şəhərində (Virciniya ştatı) bələdiyyə binasında baş verən atışma nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Trend-in məlumatına görə, bunu Virciniya-Biçin polis rəisi Ceyms Servera deyib.
Daha öncə 11 nəfərin öldüyü bildirilirdi. Daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Serveranın sözlərinə görə, yaralanan dörd nəfər "əməliyyat masasındadır".
Polisin son məlumatlarına görə, atəşi kolleqalarına iş yerində uzun illər çalışan bələdiyyə işçisi açıb. Cinayətkar öldürülüb.
banner

Oxşar Xəbərlər