• şənbə, 20 Aprel, 16:31
  • Baku Bakı 23°C

ABŞ-da aktiv qazma qurğularının sayı azalır

04.05.19 14:15 397
ABŞ-da aktiv qazma qurğularının sayı azalır
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd azalaraq 990 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 42 ədəd azdır.
Keçən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd artaraq 807 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayında 27 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı da 3 ədəd azalaraq 183 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 13 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər