• cümə, 29 Mart, 19:01
  • Baku Bakı 14°C

ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri dayandırıb

23.06.18 14:22 361
ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri dayandırıb
ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri qeyri-müəyyən müddətə dayandırıb.
AZƏRTACRİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir.
Məlumata əsasən, söhbət "Freedom Guardian” təlimi və hərbi-dəniz mübadiləsi proqramından gedir. Bundan əvvəl Cənubi Koreya və ABŞ-a avqustda keçirilməsi nəzərdə tutulan "Ulchi Freedom Guardian" hərbi təlimləri üzrə bütün tədbirlərin təxirə salınması barədə bildirilmişdi.
Qeyd edək ki, Sinqapur sammitindən sonra ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmaq barədə vəd verib.
banner

Oxşar Xəbərlər