• çərşənbə axşamı, 23 aprel, 17:04
  • Baku Bakı 24°C

ABŞ bütün tərəfləri konstruktiv dialoqa çağırıb

25.04.18 09:10 686
ABŞ bütün tərəfləri konstruktiv dialoqa çağırıb
ABŞ Ermənistanda bütün tərəfləri hakimiyyətin sülh yolu ilə keçməsinin təmin olunması üçün konstruktiv dialoqa çağırır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu ABŞ dövlət Departamentinin rəsmisi Hezer Hauert bildirib.
Hauert bildirib: "Biz hakimiyyətin sülh yolu ilə keçməsinin təmin olunması üçün bütün tərəfləri Ermənistanın konstitusiyası çərçivəsində konstruktiv dialoqa çağırırıq".
Qeyd edək ki, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini müvəqqəti icra edən baş nazirin birinci müavini Karen Karapetyan olub.
Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.
banner

Oxşar Xəbərlər