• cümə axşamı, 28 mart, 18:51
  • Baku Bakı 13°C

ABŞ “Brent” neftinin qiymətinə dair proqnozunu artırıb

10.04.19 14:30 489
ABŞ “Brent” neftinin qiymətinə dair proqnozunu artırıb
ABŞ "Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu artırıb.
AZƏRTACABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, bu il "Brent” neftinin bir barrelinin orta qiymətinin 65 dollar olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz 63 dollar/barrel idi.
EIA gələn il isə "Brent”in qiymətinin 62 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır.
"Qlobal bazarda istehsalın azaldılması üzrə proseslər, Venesuelanın xam neft istehsalı və ixracının aşağı düşməsi, OPEC və qeyri-OPEC ölkələrinin hasilatı azaltması qiymətlə bağlı proqnozun dəyişməsində təsirli olub”, - deyə məlumatda bildirilir.
banner

Oxşar Xəbərlər