• cümə axşamı, 25 aprel, 16:48
  • Baku Bakı 23°C

ABŞ Boliviyadakı diplomatlarının ailə üzvlərini bu ölkədən təxliyyə edir

13.11.19 13:45 590
ABŞ Boliviyadakı diplomatlarının ailə üzvlərini bu ölkədən təxliyyə edir
ABŞ Dövlət Departamenti Boliviyanı səfər etməyin məsləhət görülmədiyi "qırmızı" ölkələr siyahısına daxil edib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, Birləşmiş Ştatlar bu ölkədəki diplomatlarının ailə üzvlərinə Boliviyanı tərk etmək göstərişi verib.
"Noyabrın 12-də Dövlət Departamenti Boliviyada davam edən siyasi qeyri-sabitliklə əlaqədar ABŞ-ın bu ölkədəki dövlət qulluqçularının, həmçinin fövqəladə səlahiyyətlərə malik olmayan əməkdaşların Boliviyanı tərk etmək barədə sərəncam verib ", - bəyanatda deyilir.
"Vətəndaş etirazlarına görə Boliviyaya səfər etməyin", - deyə Dövlət Departamentinin ölkə vətəndaşları üçün xəbərində bildirilir.
Departament həmçinin amerikalılara xəbərdarlıq edərək bildirib ki, bu ölkədəki etirazlara görə onlara çətin vəziyyətdə kömək göstərə bilməyəcək.
Prezident Evo Moralesin istefaya getməsindən sonra Boliviyada qarışıqlıqların gedişatında yeddi nəfər həlak olub, daha on iki nəfər xəsarət alıb. Qarşıdurmalar davam edir.
banner

Oxşar Xəbərlər