• çərşənbə axşamı, 23 aprel, 18:43
  • Baku Bakı 20°C

ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

14.03.19 10:45 407
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
ABŞ-ınEnergetika NazirliyiAzərbaycanınneft hasilatıilə bağlı proqnozunu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın nazirlik yanındaEnergetika İnformasiyası Agentliyinin (EİA)"Qısamüddətli energetika proqnozu"nun mart nəşrində deyilir.
Bildirilir ki, Azərbaycan 2019-cu ildə orta hesabla gündə0,78 milyonbarelneft və kondensatçıxarılacaq.
Proqnozun məlumatlarına əsasən, 2019-cu ilin birinci rübündə hasilatın səviyyəsi gündə0,79 milyon bareltəşkil edəcək. İkinci rübdə hasilat dəyişməz qalacaq -0,79 milyon barel. Cari ilin üçüncü və dördüncü rüblərində neft hasilatı və gündə0,78 milyon barel neftvə müvafiq olaraq0,76 milyon barel kondensatsəviyyəsində proqnozlaşdırılır.
Agentliyin proqnozuna görə, 2020-ci ildə birgünlük hasilatın orta göstəricisi0,76 milyon barel neftvəkondensattəşkil edəcək.
banner

Oxşar Xəbərlər