
ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
Cəmiyyət
20 Aprel 2019, 17:31
282
Azərbaycan islahatların keçirilməsində böyük irəliləyişə nail olub.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda "Alumni Fair" təhsil sərgisi zamanı deyib. O deyib: "Biz Azərbaycanın islahatların keçirilməsində səylərini dəstəkləyirik. Azərbaycan bu sahədə böyük irəliləyişə nail olub".
Diplomat qeyd edib ki, Azərbaycan hələ gənc ölkədir, hələ bir çox işlər görülməlidir: "Biz hökumətin iqtisadi, sosial sektorlarda və vətəndaş cəmiyyəti sahəsində islahatlarını dəstəkləyirik".
Digər xəbərlər