• cümə axşamı, 18 aprel, 14:48
  • Baku Bakı 22°C

“ABŞ-Azərbaycan strateji əməkdaşlığı: ABŞ-Azərbaycan münasibətləri” mövzusunda sessiya keçirilib

29.05.13 12:06 1533
“ABŞ-Azərbaycan strateji əməkdaşlığı: ABŞ-Azərbaycan münasibətləri” mövzusunda sessiya keçirilib
Bu gün Bakıda "Gələcəyə baxış" ABŞ-Azərbaycan forumu çərçivəsində "ABŞ-Azərbaycan strateji əməkdaşlığı: ABŞ-Azərbaycan münasibətləri" mövzusunda sessiya keçirilib.
Trend-in məlumatına görə, sessiyada Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Milli Məcilisin deputatı Səməd Seyidov, ABŞ-ın Hava Qüvvələrinin generalı, sabiq nəqliyyat komandanı Dankn MakNab və "Stratfor" Qlobal Araşdırma Şirkətinin rəhbəri Corc Fridman iştirak ediblər.
Sessiyada çıxış edən Hafiz Paşayev deyib ki, tədbir özlüyündə çox böyük anlam daşıyır. Diqqətə çatdırılıb ki, belə bir tədbirin Azərbaycanın Dövlət Müstəqilliyinin yaranmasının 95-ci ildönümünə təsadüf etməsi xüsusilə təqdirəlayiq haldır: "Biz Şərqdə ilk parlamenti olan ölkəyik. Burada qadınların səsvermə hüququnu təmin etmişik. Qırmızı ordunun Azərbaycanı işğal etməsinə baxmayaraq, ölkəmiz daim müstəqilliyə can atıb və bu yolda bütün sərhədlərə sinə gəlib. Sevindirici haldır ki, biz "ABŞ-Azərbaycan strateji əməkdaşlığı: ABŞ-Azərbaycan münasibətləri"ni məhz paytaxt Bakıda müzakirə obyektinə çıxardıq. Buna görə bütün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm".
Sessiyada çıxış edən ABŞ-ın Hava Qüvvələrinin generalı, sabiq nəqliyyat komandanı Dankn MakNab Bakıya gəldiyindən şad olduğunu bildirib. O qeyd edib ki, burada dostlarla, xaricdən gələn nümayəndələrlə ABŞ-Azərbaycan münasibətlərini müzakirə etmək qürurverici amildir. Onun sözlərinə görə, Pakistan dövləti sərhədlərini bağladığı müddətdə ABŞ Azərbaycan vasitəsilə Əfqanstanla əlaqələrini davam etdirib: "Təbii ki, burada səfirliklərin də böyük rolu olub. Bu gün yüklərin 40 faizi Azərbaycan üzərindən Əfqanstana və əks istiqamətdə daşınmaqdadır. Burada Azərbaycanın xidmətlərini qeyd etməmək yalnışlıq olardı".
Daha sonra çıxış edən Milli Məcilisin deputatı Səməd Seyidov diqqətə çatdırıb ki, Azərbaycan ilə ABŞ arasında yüksək dosluq əlaqələri mövcuddur. O bildirib ki, Azərbaycan dinamik inkişaf edən ölkədir və burada baş verən hər hansı bir proses onun inkişaf əlaqələrinə söykənir: "ABŞ-Azərbaycan strateji əməkdaşlığına gəlincə isə deyə bilərəm ki, biz tək Azərbaycanın neft və qazını Avropaya daşımaq barəsində düşünməməliyik. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz neft gəlirlərini insan kapitalına çevirməliyik. Hesab edirəm ki, burada mədəniyyət də mühüm rol oynayır".
Digər natiq, "Stratfor" Qlobal Araşdırma Şirkətinin rəhbəri Corc Fridman vurğulayıb ki, 5 il bundan öncə kitabını dərc etdirdiyi zaman Azərbaycanın ABŞ-a çox mükəmməl bir tərəfdaş olacağını söyləmişdi. O hesab edir ki, ABŞ bu gün elə bir müttəfiqlik siyasəti aparmalıdır ki, ölkənin maraqlarına da xidmət etsin: "Hesab edirəm ki, Azərbaycanın bütün imkanları dünyaya bir daha nümayiş etdirilməlidir".
banner

Oxşar Xəbərlər