"ABŞ Azərbaycan iqtisadiyyatına miliyardlarla dollar investisiya yatırıb"

İqtisadiyyat
17 May 2019, 11:30 207
ABŞ bu günədək Azərbaycan iqtisadiyyatına 13,6 milyard dollar investisiya yerləşdirib.
Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Bakıda Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlıq komissiyasının iclasında deyib.
Nazir bildirib ki, Azərbaycan öz növbəsində ABŞ iqtisadiyyatına 8,2 milyard dollar investisiya qoyub:
"Bugünkü iclasın əsas mövzuları ticarət, investisiyalar, kənd təsərrüfatı, turizm, tranit, logistika və əqli mülkiyyətdir”.