• cümə, 19 Aprel, 13:06
  • Baku Bakı 25°C

ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə 30 milyon dollar yardım edib

26.09.17 12:00 886
ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə 30 milyon dollar yardım edib
"Ceyrançöl layihəsi başlayandan ABŞ ona dəstək verib”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert SekutaANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan "Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı və gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri" adlı tədbirdə çıxışı zamanıdeyib.
O bildirib ki, ölkəsi layihənin üçüncü mərhələsinə keçməsini də dəstəkləyir: "Partlamamış hərbi sursatların günahsız insanlara necə təsir etdiyini görürük. Ərazilərin minalardan təmizlənməsinə indiyədək 30 milyon dollar töhfə verilib. Donor ölkələri ilə birgə 40 kv. km-dən çox çirklənmiş ərazi təmizlənib. ANAMA-nın töhfələri ölkənin hüdudlarından kənara çıxır".
banner

Oxşar Xəbərlər