• şənbə, 20 Aprel, 15:55
  • Baku Bakı 23°C

ABŞ Astanadakı Suriya üzrə danışıqlara xüsusi nümayəndə ilə qatıldı

14.03.17 11:20 589
ABŞ Astanadakı Suriya üzrə danışıqlara xüsusi nümayəndə ilə qatıldı
ABŞ-ın nümayəndəsi Astanada keçirilən Suriya üzrə danışıqlarda iştirak etmək üçün artrıq Qazaxıstana gəlib. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan XİN-in nümayəndəsi bildirib.
Qeyd edək ki, bu gün Astanada Suriyada problemin nizamlanması üzrə danışıqların 3-cü mərhələsi başlayır. Danışıqlarda İran və Türkiyə nazir müavinləri səviyyəsində təmsil olunurlar. Bundan öncəki danışıqlar masasında ABŞ-ı Qazaxıstandakı səfiri Corc Krol təmsil etmişdi.
Qazaxıstan XİN-in nümayəndəsi bildirib: "Bu gün keçirilən danışıqlarda ABŞ-ı ölkənin Qazaxıstandakı səfiri və Vaşinqtondan gəlmiş nümayəndə təmsil edir".
banner

Oxşar Xəbərlər