• çərşənbə axşamı, 23 aprel, 16:25
  • Baku Bakı 24°C

ABŞ Astanadakı danışıqlara nümayəndə heyəti göndərməyəcək

21.01.17 21:45 764
ABŞ Astanadakı danışıqlara nümayəndə heyəti göndərməyəcək
ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol Astanada aparılacaq Suriya üzrə danışıqlarda Vaşinqtonu təmsil edəcək.
"Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına istinadən "Reuters” məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, Birləşmiş Ştatlar Astanada keçiriləcək görüşə ayrıca nümayəndə heyəti göndərməyəcək.
Danışıqlar Suriyadakı silahlı müxalifətin vahid nümayəndə heyəti və hökumət təmsilçilərinin iştirakı ilə yanvarın 23-də Qazaxıstanın paytaxtında aparılacaq. GörüşəBMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura dəvət olunub.
banner

Oxşar Xəbərlər