• cümə, 29 Mart, 15:14
  • Baku Bakı 14°C

ABŞ Ali Məhkəməsi seçki nəticələri ilə bağlı Trampın son şikayətini geri çevirib

09.03.21 10:45 333
ABŞ Ali Məhkəməsi seçki nəticələri ilə bağlı Trampın son şikayətini geri çevirib
ABŞ Ali Məhkəməsi sabiq prezident Donald Trampın seçkilərin nəticələri ilə bağlı üç şikayətindən sonuncusunu rədd edib.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmə keçmiş dövlət başçısının Viskonsindəki səsvermə nəticələri ilə bağlı etirazının geri çevirildiyi aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.
Bu ştatda Donald Tramp Co Baydenə 20 min səs fərqi ilə məğlub olmuşdu. Ali Məhkəmə öz qərarına izahat gətirməyib.
Bundan əvvəl isə Ali Məhkəmə seçkilərin nəticələrinə yenidən baxılmasını tələb edən Texas və bir sıra ştatların iddialarını nəzərdən keçirməkdən imtina etmişdi. Ali Məhkəmədən açıq şəkildə bildirilib ki, onlar regional rəhbərliklərin məşğul olduqları səslərin sayılması işinə müdaxilə etməyəcəklər.
Aşağı instansiya məhkəmələrində Tramp təxminən 55 iş üzrə məğlub olub. O, yalnız bir işdə qalib gəlib, ancaq bu da nəticələrə təsir göstərməyib. Eyni zamanda, sabiq prezident hələ də seçkilərin nəticələrini tanımır və özünün qələbə qazandığını bildirir.

banner

Oxşar Xəbərlər