• cümə, 19 Aprel, 17:49
  • Baku Bakı 25°C

ABŞ-a birbaşa reyslər açıla bilər

13.11.13 16:28 1537
ABŞ-a birbaşa reyslər açıla bilər
“ABŞ-la Azərbaycan arasında birbaşa təyyarə reyslərinin açılması istəyini və təşəbbüsünü dəstəkləyirik”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbələri ilə görüşdə deyib.
Səfirin sözlərinə görə, hal-hazırda bu istiqamətdə Azərbaycan hökuməti ilə intensiv danışıqlar aparılır: “Biz “Azərbaycan Hava Yolları"nın ABŞ-a birbaşa uçuşlar həyata keçirməsinə icazə verən sertifikatlaşdırma prosesini həyata keçirməkdəyik. Təhlükəsizlik sahəsində zəruri lisenziyaların və sertifikatların verilməsi istiqamətində danışıqlar gedir. Biz açıq səma sazişinin yekunlaşdırılması istiqamətində iş aparırıq. Ümidvarıq ki, bu saziş yaxın gələcəkdə birbaşa reyslərin həyata keçirilməsini təmin edəcək”.
banner

Oxşar Xəbərlər