• şənbə, 20 Aprel, 06:39
  • Baku Bakı 14°C

ABŞ 2018-ci ildə NATO çərçivəsində 11 irimiqyaslı təlim keçirəcək

04.08.17 09:40 641
ABŞ 2018-ci ildə NATO çərçivəsində 11 irimiqyaslı təlim keçirəcək
Vaşinqton 2018-ci ildəNATOçərçivəsində 11 irimiqyaslı təlim keçirməyi planlaşdırır.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropadakı təlimlərdə ABŞ Silahlı Qüvvələrinin komandanı general Con Xili bildirib.
Məlumata görə, manevrlərin İslandiya, Böyük Britaniya, Baltikyanı və Finlandiyada keçirilməsi planlaşdırılır. Qlobal təlimlərdə Hərbi-HavaQüvvələri, Hərbi-Dəniz Qüvvələri və quru qoşunların iştirakı nəzərdə tutulub.
General əlavə edib ki, 2017-ci ilin yayında Avropadakı təlimlərdə ABŞ və müttəfiq ölkələrin 40 mindən çox hərbçisi iştirak edib.
Xili qeyd edib ki, təhlükəsizlik nöqteyi-nəzərdən Rusiya Avropanın diqqət mərkəzində qalmaqdadır. Belə ki, Avropanın müvafiq qurumları Belarus və Rusiya arasında 14-20 sentyabr tarixlərində keçiriləcək "Qərb-2017” hərbi təlimləri diqqətlə izləyəcəklər.
banner

Oxşar Xəbərlər