• çərşənbə axşamı, 23 aprel, 11:50
  • Baku Bakı 20°C

Abramoviçə təhlükə, əmlakına həbs qoyula bilər

16.04.18 12:25 740
Abramoviçə təhlükə, əmlakına həbs qoyula bilər
"Çelsi”nin sahibi Roman Abramoviç böyük təhlükə ilə üz-üzədir.
Kaspi.az xəbər verir ki, İngiltərə hökuməti Abramoviçə qarşı sanksiya tətbiq edə bilər. Bu barədə xəbəri "Times” yayıb. Məlumat baş nazirə yaxın mənbədən əldə edilib.
Bu ilin yanvarından başlayaraq İngiltərə hakimiyyəti rusiyalı biznesmenlərin gəlirlərinin və aktivlərinin mənbəyini araşdırmağa başlayıb. Əgər Abramoviç gəlirlərinin mənbəyi barədə məlumatı açıqlamasa, onun əmlakına həbs qoyula bilər.
Abramoviç 2003-cü ildən "Çelsi”nin sahibidir.
banner

Oxşar Xəbərlər