• cümə axşamı, 28 mart, 15:33
  • Baku Bakı 16°C

Abramoviç Konteni mükafatlandırdı

20.06.17 13:30 1464
Abramoviç Konteni mükafatlandırdı
Antonio Konte "Çelsi” ilə yeni müqavilə imzalayacaq.
Kaspi.az xəbər verir ki, artıq tərəflər müqavilənin bütün şərtlərini razılaşdırıblar. İtalyan mütəxəssisin hazırkı müqaviləsinin hələ iki il də qüvvədə olacağına baxmayaraq, "Çelsi”nin sahibi Roman Abramoviç çempionluğa görə Konteni mükafatlandırmaq qərarına gəlib.
Yeni müqaviləyə görə, Kontenin illik məvacibi artırılacaq. O, ildə 11,5 milyon avro qazanacaq. Müqavilə imzalandıqdan sonra italyan mütəxəssis "Çelsi” tarixinin ən ödənişli məşqçisi olacaq.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Konte transfer məsələlərində yaranan fikir ayrılığına görə, "Çelsi”ni tərk etmək niyyətindədir. O, komandanı gücləndirmək istəyir.
banner

Oxşar Xəbərlər