• şənbə, 20 Aprel, 00:55
  • Baku Bakı 15°C

Abramoviç “Çelsi”ni fantastik qiymətə satır

26.09.18 11:20 604
Abramoviç “Çelsi”ni fantastik qiymətə satır
"Çelsi” klubu üçün yeni era başlaya bilər.
Kaspi.az xəbər verir ki, "Çelsi”nin sahibi Roman Abramoviç klubu satmağı planlaşdırır. Hazırda rusiyalı milyarder müəyyən çətinliklərlə üzləşib. O, İngiltərə vizası ala bilmir. Üstəlik, ABŞ-ın tətbiq etdiyi sanksiyaların sərtləşəcəyindən də narahatdır.
Bütün bunları nəzərə alan Abramoviç, klubu satmaq niyyətindədir. Milyarder artıq təklif də alıb, amma imtina edib. "Çelsi”ni almaq istəyən şəxs 2,57 milyard avro təklif etsə də, Abramoviç razılaşmayıb.
Milyarder klubu daha baha qiymətə satmağı planlaşdırır. Onun fikirincə, "Çelsi”nin minimum qiyməti 3,36 milyard avrodur. Abramoviç "Çelsini bu qiymətə sata bilsə, dünya idmanının tarixində rekord göstərici qeydə alınacaq.
O, 2001-ci ildə "Çelsi”ni 156 milyona alıb və 17 il ərzində klubun inkişafına 1,23 milyard avro sərmayə qoyub.
banner

Oxşar Xəbərlər