• cümə, 19 Aprel, 09:18
  • Baku Bakı 13°C

Abituriyentlərin nəzərinə: qeydiyyat üçün son gündür

04.09.13 09:54 1348
Abituriyentlərin nəzərinə: qeydiyyat üçün son gündür
Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin ali məktəblərdə qeydiyyatı bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, bu vaxta kimi ali təhsil müəssisələrinə qəbul olan 32 687 nəfər qeydiyyatdan keçib. Onun sözlərinə görə, bu proses saat 17:00-dək davam edəcək.
Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 29-da başa çatmalı idi. Lakin TQDK 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 3.4 faizinin təyin olunmuş vaxtadək qeydiyyatdan keçmədiyini nəzərə alaraq qeydiyyatın son müddətinin 4 sentyabr 2013-cü il saat 17:00-dək uzadılması barədə qərar qəbul edib. Qeyd olunan müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin qeydiyyat müddəti də bu gün aat 17:00-da başa çatacaq və bu müddət uzadılmayacaq.
banner

Oxşar Xəbərlər