• şənbə, 27 Aprel, 00:43
  • Baku Bakı 14°C

Abituriyentlər üçün Apelyasiya Komissiyası yaradıldı

15.07.17 10:09 811
Abituriyentlər üçün Apelyasiya Komissiyası yaradıldı
İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apelyasiya Komissiyasına 15-17 iyul 2017-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər