• şənbə, 20 Aprel, 11:06
  • Baku Bakı 14°C

Abituriyentlər üçün pulsuz avtobus

13.07.13 12:31 1431
Abituriyentlər üçün pulsuz avtobus
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, həmin avtobuslarla imtahan keçirilən şəhərə yola düşmək könüllüdür. Bunun üçün abituriyentlər imtahanda iştirak edəcəyini təsdiqləyən buraxılış vərəqəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə qeyd olunan xidmətdən yararlanacaqlar.
Avtobusların operativ hərəkətini təmin etmək məqsədilə onları Dövlət Yol Polisi müşayiət edəcək.
Abituriyentlərin imtahan başa çatdıqdan sonra yaşadıqları məntəqəyə qaytarılmaları da həmin avtobuslarla təmin olunacaq.
Xatırladaq ki, 2013/2014-cü tədris ili üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ilk qəbul imtahanı iyulun 14-də III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir. İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 imtahan mərkəzində aparılacaqdır. III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib.
banner

Oxşar Xəbərlər