• cümə, 19 Aprel, 13:27
  • Baku Bakı 25°C

“Abituriyent“ jurnalının 9-cu və 10-cu sayı nəşr edilib

26.08.14 11:59 1253
“Abituriyent“ jurnalının 9-cu və 10-cu sayı nəşr edilib
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalın 9-cu sayında ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələri dərc edilib. Jurnalda həmçinin müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.
"Abituriyent" jurnalının 10-cu sayında isə orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulunun nəticələri öz əksini tapıb. Bununla bərabər jurnalda ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnalları TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və yawww.abiturient.az saytından sifariş etmək olar.
banner

Oxşar Xəbərlər