• cümə axşamı, 18 aprel, 17:45
  • Baku Bakı 22°C

Abid Şərifov: “Son illər nəqliyyat infrastrukturuna 25 mlrd. dollar investisiya yatırılıb”

25.11.16 11:49 1012
Abid Şərifov: “Son illər nəqliyyat infrastrukturuna 25 mlrd. dollar investisiya yatırılıb”
Azərbaycan prezidenti ölkədə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət ayırır.
"APA-Economics” xəbər verir ki, bunu baş nazirin müaviniAbid Şərifov"Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı bildirib.
"Son illər nəqliyyat infrastrukturuna 25 mlrd. dollar investisiya yatırılıb. Görülən işlər nəticəsində Gürcüstanla Azərbaycan arasında olan dəmir yolu rekonstruksiya olunub”, - deyə A. Şərifov vurğulayıb.
A.Şərifov İran-Azərbaycan arasında tikilən Astara-Rəşt dəmir yolundan,Bakı-Tbilisi-Qarsdəmir yollarının tikintisindən, Bakı limanı və Ələtdə yaradılacaq Azad Ticarət Zonasından danışıb. O qeyd edib ki, həyata keçirilən layihələr nəticəsində Azərbaycan böyük bir huba çevrilib.
banner

Oxşar Xəbərlər