• çərşənbə axşamı, 23 aprel, 18:22
  • Baku Bakı 20°C

Abel Məhərrəmovdan Cəmil Həsənlinin işdən çıxarılmasına Münasibət

03.12.13 12:50 1001
Abel Məhərrəmovdan Cəmil Həsənlinin işdən çıxarılmasına Münasibət
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlinin universitetdən uzaqlaşdırılmasına münasibət bildirib.
APA-nın məlumatına görə, A.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, C.Həsənli xəstəliyi ilə əlaqədar 2 il əvvəl öz ərizəsi ilə universitetdən çıxsa da, universitet rəhbərliyi məsləhət bilib ki, aspirant və magistrantlarla dərs aparsın.
A.Məhərrəmov bildirib ki, C. Həsənlinin bunu davam etdirməyə də imkanı olmayıb: “Bir il dərs apardı, amma növbəti il dərs aparmağa gəlmədiyi üçün kənarlaşdırıldı”.
banner

Oxşar Xəbərlər