• cümə, 19 Aprel, 22:13
  • Baku Bakı 24°C

Abdulla Gül və Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi

09.10.13 21:55 1893
Abdulla Gül və Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi
Türkiyə prezidenti Abdulla Gül İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, İ.Əliyevlə telefonla danışan A.Gül seçkilərinin nəticəsi ilə əlaqədar təbriklərini çatdırıb.
Azərbaycan dövlət başçısı təbrikə görə məmnun olduğunu bildirib, ilk xarici səfərini yaxın vaxtlarda Türkiyəyə edəcəyini söyləyib.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da Azərbaycan prezidentini yenidən bu posta seçilməsi münasibətilə təbrik edib. Azərbaycan prezidenti ilə telefonla danışan baş nazir təbriklərini çatdırıb, uğurlar arzulayıb.
banner

Oxşar Xəbərlər