• cümə axşamı, 25 aprel, 05:29
  • Baku Bakı 19°C

Abdulla Gül polisə təlimat verdi: Qaz atmayın!

04.06.13 10:22 1432
Abdulla Gül polisə təlimat verdi: Qaz atmayın!
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə mayın 31-də gecə baş verib. İstanbulun Taksim meydanında etiraz aksiyası keçirənlərə dəstək məqsədilə Ankarada küçələrə çıxan kütlələrin bir qrupu prezidentin Çankaya iqamətgahına doğru yönəlib. Polis onların qarşısını kəsərək iqamətgaha yaxınlaşmalarına imkan verməyib. Vəziyyətdən xəbərdar edilən A. Gül nümayişçilərə qaz bombaları atılmaması üçün polisə tapşırıq verib. Bir müddət iqamətgahın yaxınlığında gözləyən etirazçılar dinc şəkildə dağılışıblar.
banner

Oxşar Xəbərlər